Pakistanda silahlıların polis məntəqəsinə hücumu nəticəsində 10 polis əməkdaşı həlak olub



 16:15 05.02.2024     288

Pakistanın Hayber Paxtunxva əyalətində silahlıların polis məntəqəsinə hücumu nəticəsində 10 polis əməkdaşı həlak olub, 6-sı yaralanıb.

Demedia.az xəbər verir ki, silahlılar Hayber Paxtunxva əyalətinin Dera İsmayıl Xan bölgəsində polis məntəqəsinə əl qumbaraları və ağır silahlarla hücum ediblər. Qaçan silahlıların tapılması üçün əməliyyat başladılıb. Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib. Pakistanda, xüsusən də Hayber Paxtunxva və Bəlucistan əyalətlərində silahlıların hücumları intensivləşib.

İslamabad administrasiyası ona qarşı mübarizə aparan Pakistan Talibanının Əfqanıstanda yerləşdiyini və Taliban administrasiyasının bu təşkilata qarşı tədbir görmədiyini iddia edir.

Bahadur Seyidov