Etirazlar Fransa və İspaniya arasında pomidorla bağlı qalmaqala səbəb oldu



 16:45 05.02.2024     323

Avropada fermerlərin davam edən etirazları Fransa və İspaniya arasında pomidorla bağlı qalmaqala səbəb olub.

Demedia.az xəbər verir ki, Fransanın keçmiş Ekologiya Naziri Segolele Royal İspaniyada istehsal olunan pomidorlar üçün "yemək olmaz" və "saxta təbii" ifadələrini işlədib. Fransanın Baş naziri Qabriel Attal isə İspaniyanın zərərli kənd təsərrüfatı məhsullarının  becərilməsinə icazə verərək haqsız rəqabət yaratdığını iddia edib. İspaniyanın baş naziri Pedro Sançes İspaniyanın kənd təsərrüfatı məhsulları ilə bağlı tənqidlərin əsassız olduğunu iddia edib.

Qeyd edək ki, statistikaya görə, illik tərəvəz və meyvə istehlakının 40 faizini İspaniya və İtaliyadan idxal edən Fransada fermerlər bu iki ölkənin haqsız rəqabətdə yaratdığını irəli sürürlər.

Bahadur Seyidov