Myanmadan qaçan 14 sərhəd polisi Banqladeşə sığınıb



 17:12 05.02.2024     365

Myanmada hərbi hökumətlə silahlı qruplaşmalar arasında toqquşmalar intensivləşib.

Demedia.az xəbər verir ki, qarşıdurmalardan qaçan 14 sərhəd polisi Banqladeşə sığınıb.Banqladeşin daxili işlər naziri Əsəduzzaman Xan Kamal mətbuata açıqlamasında bildirib ki, münaqişədən qaçan Myanmadan olan 14 sərhəd polisi ölkəyə daxil olub. O zabitlərin sığınacaq istədikdən sonra saxlanıldığını və bu şəxslərin Myanmaya göndərilməsi üçün çalışdıqlarını bildirib.

Qarşıdurmalara görə sərhəddə təhlükəsizliyin artırıldığıni deyən nazir Banqladeş sərhədindən heç kimin keçməsinə icazə verməyəcəklərini bildirib.

​Bahadur Seyidov