Cənubi Sudanda otlaq məsələsinə görə çobanlarla fermerlər arasında dava düşüb



 15:24 05.02.2024     279

Cənubi Sudanda otlaq məsələsinə görə çobanlarla fermerlər arasında dava düşüb.

Demedia.az xəbər verir ki, qarşıdurmalarda 39 nəfər həyatını itirib. Polisin məlumatına görə, ölkənin Varrap və Göllər bölgələrində torpaq mübahisəsi barədə çobanlarla fermerlər arasında qarşıdurma baş verib. Qarşıdurmalarda 39 nəfərin həyatını itirdiyi, 52 nəfərin isə yaralandığı bildirilib. Bölgəyə təhlükəsizlik qüvvələri göndərilib. Qarşıdurmaların çobanlara məxsus sürülərin kənd təsərrüfatı ərazilərinə daxil olması səbəbindən baş verdiyi qeyd edilib.

Qeyd edək ki, Cənubi Sudanda otlaq problemlərinə görə qəbilələr arasında tez-tez münaqişələr olur.

​​Bahadur Seyidov