DİQQƏT! Başda ağrıların səbəbi beyin şişləri ola bilər! - Video



 12:47 05.02.2024     509

Beyin xərçəngi kəllədəki hüceyrələr nəzarətsiz şəkildə böyüyərək çoxaldıqda baş verir.

Beyin toxumasında anormal böyüyən hüceyrələr kütlə və ya şiş əmələ gətirir və sərt quruluş olan kəllə sümüyünə təzyiq göstərməyə başlayır. Bu vəziyyət öz növbəsində kəllədaxili təzyiqin artmasına səbəb ola bilər ki, bu da müxtəlif nevroloji və epileptik pozuntular üçün şərait yaradır. Beyin şişi qeyri-adi bir xəstəlik olsa da, dünya əhalisi yaşlandıqca beyin şişlərinin sayının artacağı təxmin edilir. Bu səbəbdən erkən diaqnozla xəstəliyin qarşısını almaq mümkün olduğundan, xəstəliyi olan şəxslərin nevrologiya və neyrocərrahiyyə şöbələrinə müraciət etmələri tövsiyə olunur.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az