Baş ağrısını dərmansız kəsə biləcəksiz - Aptekin yolunu unudun! - Video



 12:50 05.02.2024     457

Hazırkı dövrdə baş ağrısı “adi həyati hadisə” sayılır. İnsanların əksəriyyəti baş ağrısından əziyyət çəkir. Bəs baş ağrısının olmaması üçün nə etməliyik?

Bəzən baş ağrıları həyat tərzindən qaynaqlanmaya bilir. Bəli, baş ağrısı müəyyən xəstəliklərin əlaməti kimi də təzahür edir. Anidən peyda olan, sürətlə artan baş ağrısı varsa, nevropatoloqa müraciət etməlisiniz. Çünki səbəbi miqren və ya gərginlik ola bilər. 1. Ağrıkəsicilərlə keçməyən baş ağrısı get-gedə gözlərin zəifləməyinə gətirib çıxarır. Bu cür hallar müşahidə edirsinizsə, mütləq mütəxəssis müayinəsindən keçməlisiniz. Qəfildən pristup kimi tutan baş ağrılarını azaltmaq üçün bol-bol su içənlər də var. Burda əsas məsələ nədir: bədəndə su azaldıqca, yəni bədən susuzluq çəkdikcə başda ağrılar yarana bilir. Gün ərzində 1 litrdən artıq su içənlər baş ağrılarının azaldığını etiraf etməkdən çəkinmirlər. “Bayaq 2 stəkan çay içdim”, “Bir az su içdim” deyənlər, bu içdikləriniz gündəlik normadan çox azdır. Lazımi qədər su içməsəniz, baş ağrısının hər an peyda olacağına hazır olmalısınız. 2. Gün ərzində yetərli qədər su içib-içmədiyinizi anlamaq üçün sidiyə getməyinizə diqqət etməlisiniz. Əgər sidiyə getməyinizin arasından 3 saatdan çox vaxt keçirsə, demək, lazımi qədər su içmirsiniz. Orqanizmdə maye balansı qorunduğunda sidiyin rəngi açıq-sarı olur. Sidiyin rəngi tündləşibsə, demək, orqanizm susuzluq çəkməyə başlayır. Yaxın zamanda baş ağrısının gələcəyinə hazır olun… Qeyd edim ki, içdiyiniz çay və ya kofe gündəlik su normasına daxil deyil. Əksinə, bunları da yavaş-yavaş su ilə əvəzləməyə çalışın. Kofein zehni açır, diqqəti artırır, amma miqdarı çox olduqda baş ağrısı yaradır. Kofein ağrıkəsici kimi çıxış edə bilir. Bununla belə, kofeinin çatışmazlığı da, artıqlığı da baş ağrısı yaradır.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az