Çörək, şəkər yemək şəkər xəstəliyi yaratmır? - Bizi niyə aldadıblar? - Video
Şəkərli diabet insulin ifrazının, insulin təsirinin və ya hər ikisinin pozulması nəticəsində meydana çıxan hiperqlisemiya (qan şəkərini yüksəlməsi) ilə gedən xroniki metabolik xəstəlikdir.
Şəkərli diabet xəstəliyinin əlamətləri hansılardır? Susuzluq; Tez-tez sidiyə getmə; Çəki itirmə; Sidik yollarının infeksiyası; Bulanıq görmə; Qaşınma; Yorğunluq; Dəridə və ağızda quruluq; Ayaqlarda keyimə.Kimlər şəkərli diabetə görə risk qrupuna daxildirlər? Ailəsində şəkər xəstəliyi olanlar (xüsusilə 1ci dərəcəli qohumlarda); Ürək-damar xəstəliyi olan insanlar; Artıq çəkisi olanlar (BKİ≥25 kg/m2); Hipertoniyası olanlar (A/T ≥140/90 mm.cv.st); Triqliseridlərin yüksək (≥250 mq/dl) və ya HDL xolesterin ≤3.5 mg/dl olması; 4 kg və daha artıq uşaq dünyaya gətirən qadınlar; 45 yaşından yuxarı şəxslər; Gestasional (hamiləlik) diabet anamnezi; Yumurtalıqların polikistozu sindromu.
Demedia.az "Bir Bax" "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz.
Rəna İsmayılova / Demedia.az