Həkim xəbərdarlıq edir! / Piylənmənin yaratdığı xəstəlik... - Video



 13:14 05.02.2024     516

Uşaqda piylənmə olduğunu necə müəyyənləşdirmək olar?

Uşaqlarda piylənmə uşağın faktiki bədən kütləsinin yaş normativini 15% və daha çox aşmasıdır. Bu zaman bədən kütlə indeksi (bədən çəkisi (kq/boy (m) 2) 30-dan yüksək olur. Uşaqlarda artıq çəkinin yaranma səbəbləri hansılardır? Uşaqlarda piylənmənin inkişafında həm genetik, həm də mühit faktorlarının, həyat tərzinin rolu var. İrsi meyil haqqında danışarkən, bədəndəki metabolik proseslərin xüsusiyyətlərinin genetik olaraq ötürülməsi nəzərdə tutulur. Çox vaxt köklük deyil, çox yemək vərdişi və ümumiyyətlə həyat tərzi ötürülür. Genetik meyil xarici amillərin təsiri altında reallaşır.

Uşaq-Kardioloqu Elnur İmanov mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az  Elnur İmanov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az