Cinsi istəyin azalması, aqressiya... / Depressiya hormonal pozuntunun əlamətidir? - Video



 13:18 05.02.2024     483

Qadınlarda hormonal pozuntular bədəndə normal hormonal balansın pozulmasına aiddir. Hormonlar orqanizmdə orqan və sistemlərin fəaliyyətində son dərəcə mühüm rol oynayan ifrazatlardır və buna görə də hormon balansının nizamlı olması sağlam həyat üçün çox vacibdir.

Bu pozğunluqlar müxtəlif səbəblərdən yaranır və müxtəlif simptomlara səbəb olur. Ən əsası, müəyyən bir pozğunluğun hansı hormon və ya hormonlarla əlaqəli olduğunu müəyyən etməkdir.Hormonlar bədəndəki bir çox funksiyanı idarə edir və buna görə də hormonların səviyyəsinin pozulması bir çox fərqli simptomlara səbəb olur. Kişilərdə və qadınlarda hormonal pozuntu simptomları adətən müxtəlif formalarda müşahidə edilir. Qadınlarda reproduktiv sistemə təsir edən bu hormonal pozuntu simptomlarını ümumiləşdirməli olsaq, buraya aşağıdakı əlamətləri şamil edə bilərik:

  • Nizamsız aybaşı dövrü
  • Dəri problemləri 
  • Metabolizmada dəyişikliklər
  • Emosional dəyişikliklər
  • Reproduktiv sistemdə problemlər

Endokrinoloq Ayşən Xəlilova mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az Endokrinoloq Ayşən Xəlilova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir. Videonu izləyərək ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az