Nəsli kəsilmək təhlükəsi ilə üzləşən vaşaq - VİDEO



 22:36 05.02.2024     550

Dünyada nəsli kəsilmək təhlükəsi ilə üzləşdiyi üçün qorunan vaşaq Tuncelidə (Türkiyə) görüntülənib.

Demedia.az xəbər verir ki, Tuncelidə nəsli kəsilmək təhlükəsi ilə üzləşdiyi üçün Beynəlxalq Təbiəti və Təbii Sərvətləri Mühafizə Birliyinin (IUCN) qırmızı siyahısında olan vaşaq Munzur Vadisi Milli Parkında təbiət fotoqrafı Ömər Tanış tərəfindən lentə alınıb.

Vaşaq onu lentə alan Tanış üçün pozalar verib, daha sonra qayalıq ərazidən meşəyə doğru gözdən itib.

Təxminən 6 ildir Tuncelidə yaşadığını bildirən Ömər Tanış: “Uzun müddətdir təbiət fotoşəkilləri çəkirəm. Mən əvvəllər salamandr, dağ keçisi, ayı və su samuru çəkmişəm. Ən çox çəkmək istədiyim varlıq vaşaq idi. Nəhayət buna rast gəldim. O, ovlamaq üçün üzbəüz qayalarda keçilərə baxırdı".

Aysun / Demedia.az