Əyləncənin sonu xoşagəlməz hadisə yekunlaşdı - VİDEO



 23:09 05.02.2024     511

Bursada Uludağın ətəyində donmuş Gököz Göletində şəkil çəkdirmək istəyən şəxs buzlar qopduğu zaman özünü donmuş suda tapıb.

Demedia.az xəbər verir ki, Bursansanın Gemlik rayonunda üzməkdən doya bilməyən bəzi vətəndaşlar soyuq havaya sinə gərib.

Kurşunluda 7 dərəcə isti olmasına baxmayaraq, üzməkdən çəkinməyən şəxs buz kimi suya atılaraq dəqiqələrlə üzüb. Keles rayonunda qarlı təpələr arasında olan Gököz gölü donub. Bir nəfər buz üzərində dostları ilə şəkil çəkdirmək istəyib. Lakin qəfildən buz qopduğu zaman suya düşən şəxs həm dostlarını, həm də tamaşaçıları güldürüb.

Digər bir qrup təbiətsevər isə həmin rayondakı Dağdibi gölünün donmuş suyundan zövq almaq üçün suya girərək dəqiqələrlə əyləniblər. Tamaşaçıların ürəyini soyudan görüntülər anbaan kameraya əks olunub.

Aysun / Demedia.az