Fırıldaqçılar “deepfake” istifadə etdi, şirkət 25 milyon dollar itirdi



 09:12 06.02.2024     299

Honq-Konqdakı çoxmillətli şirkətin maliyyə işçisi onlayn görüşdə özünü menecer kimi təqdim edən fırıldaqçılara təxminən 25,6 milyon dollar köçürüb.

Demedia.az xəbər verir ki, Honq-Konq polisinin verdiyi açıqlamada, işçinin video zəngdə iştirak etmək üçün aldadıldığı bildirilib. Bununla belə, iştirak edənlərin hamısı əslində "deepfake”dən istifadə ediblər. 

Söhbətdəki hər kəsin həqiqi olduğuna inanan işçi, ümumilikdə 200 milyon Honq-Konq dolları (təxminən 25,6 milyon dollar) köçürməyə razılaşıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bahadur Seyidov