Ukrayna Rusiyaya “işləyən” yüksə vəzifəliləri ifşa etdi



 10:15 06.02.2024     272

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) agent şəbəkəsinin ifşa edildiyini açıqlayıb.

Demedia.az xəbər verir ki,  SBU həbs olunanlar arasında Donetsk vilayətindəki müdafiə zavodunun mühəndisi və şəhər şurasının rəsmisinin olduğunu açıqlayıb.

Bildirilib ki, əməliyyat nəticəsində Odessa, Zaporojya və Donetsk vilayətlərində fəaliyyət göstərən 5 rus agenti eyni vaxtda saxlanılıb. Şübhəlilər Ukrayna Silahlı Qüvvələrinin ən çox cəmləşmiş şəxsi heyətinin və hərbi texnikasının yerləşdiyi cəbhə bölgələrində kəşfiyyat aparıblar.  Şübhəlilər həmçinin Müdafiə Qüvvələrinin sursat, yanacaq və neft anbarlarının yerini tapmağa cəhd ediblər. Digər tərəfdən, onları Ukrayna ordusunun ağır silahlarının təmir olunduğu sənaye obyektlərinin coğrafi mövqeyi və fəaliyyəti də maraqlandırıb.

Bahadur Seyidov