Bu ölkə “Facebook”dan imtina etmək istəyir



 10:48 06.02.2024     251

Hollandiya hökuməti platformanın məlumatların təhlükəsizliyini necə təmin etməsi ilə bağlı ciddi narahatlıqlar səbəbindən “Facebook”dan  tamamilə imtina etməyi düşünür.

Demedia.az xəbər verir ki, bu barədə “De Telegraaf” qəzeti məlumat yayıb.

 Nəşrin məlumatına görə, bu mövzuda ana şirkət Meta ilə danışıqlar istənilən nəticəni verməyib. Buna görə də səlahiyyətlilər bütün hökumətə təsir edəcək “Facebook” qadağası üçün hazırlıqlara başlayıblar.

Bahadur Seyidov