Prezident seçkisinin təxirə salınması ölkəni bir-birinə qatdı



 11:23 06.02.2024     281

Seneqalda fevralın 25-də keçiriləcək prezident seçkiləri qeyri-müəyyən müddətə təxirə salındıqdan sonra paytaxt Dakarda nümayişçilər küçələrə axışıb.

Demedia.az xəbər verir ki, Prezident Macky Sall-ın parlament və Konstitusiya Şurası arasındakı böhranı əsas gətirərək prezident seçkilərini təxirə salması müxalifətdən ağır tənqidlərə məruz qalıb.

Bəzi müxalifət prezidentliyə namizədlər normal şəraitdə dünən rəsmən başlayacaq seçki kampaniyası cədvəlinə sadiq qalacaqlarını bildirərək Dakarda görüş çağırıblar.

 Keçmiş baş nazir və müxalifətçi siyasətçi Aminata Ture, prezidentliyə namizəd Daouda Ndiaye və Anta Babacar saxlanılıb.

Bahadur Seyidov