Bu analizlər mütləq verilməlidir yoxsa... -



 09:38 06.02.2024     496

HAMİLƏLİKDƏ ƏN VACİB ANALİZ VƏ MÜAYİNƏLƏR


İlkin olaraq ultrasəs müayinəsində uşaqlıq daxilindəki hamiləlik təsdiq edilməli, embrionun ürək döyüntüsü eşidilməlidir.
6-8 həftədə: qan təzyiqi, ananın çəkisi ölçülür, qanın ümumi analizi, qan qrupu, Rh, qanda hepatit B, hepatit C, sifilis, HİV testləri, yenə qanda Rubella yoxlanır, sidiyin ümumi analizi verilib, uşaqlıq yolundan yaxma götürülür. Analizlərin nəticəsi həkiminiz tərəfindən qiymətləndirilir.
11-14 həftədə: USM-də ənsə qalınlığına, burun sümüyünə baxılır, xromosom anomaliyalarının olub olmaması araşdırılır.
15-20 həftədə: ananın təzyiqi, çəkisi ölçülür, uşaqlıq dibinin hündürlüyünə baxılır, hamilənin şikayətlərinə uyğun lazimi analizlər götürülür.

Ginekoloq Rəşad Sultan mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Ginekoloq Rəşad Sultan "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. 

Rəna İsmayılova / Demedia.az