Allergiya analizi | İmmunoqbulin E - Video



 10:10 06.02.2024     452

İmmunoqlobulin E allergik reaksiyaların inkişafına səbəb olan antiteldir.

Qanda IgE miqdarı normada çox az olur. Allergik reaksiya zamanı yüksəlir. Orqanizmə allergen (allergiyaya səbəb olan maddə) daxil olduqda IgE ilə qarşılıqlı təsirə girir və IgE-spesifik antigen kompleksləri əmələ gəlir. Allergik reaksiya özünü rinit, bronxit, astma, səpgilər şəklində göstərir və ağır hallarda anafilaktik şok yaranır.

Allerqoloq Gülnar Quliyeva mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az  Allerqoloq Gülnar Quliyeva "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az