Millətimiz bu ağrılı və tarixi sınaqdan uğurla çıxdı - Ərdoğan



 12:00 06.02.2024     231

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 53 mindən çox vətəndaşın həyatını itirdiyi 6 Fevral zəlzələsinin ildönümü münasibəti ilə paylaşım edib.

Demedia.az xəbər verir ki, Ərdoğan sosial media hesabında yayımladığı mesajda bir il əvvəl baş verən Kahramanmaraş mərkəzli zəlzələlərdə həyatını itirənlərin ağrılarının ilk günkü kimi ürəkləri qırdığını bildirib:

"53 minin hər birinə Allahdan rəhmət diləyir. Həyatını itirən 537 nəfərin yaxınlarına və türk millətinə başsağlığı verirəm.  Əsrin fəlakətində yaralanan 107 mindən çox vətəndaşa şəfa diləyirəm. Müalicəsi hələ də davam edən yaralılarımıza Allahdan şəfa diləyirəm. 11 əyalətimizdə dağıntılar yaşanıb. Belə böyük fəlakətlər, böyük ağrılar eynidir. Bunlar xalqların birlik, həmrəylik və qardaşlıq gücünün sınandığı zamanın dönüş nöqtələridir. Allaha şükürlər olsun. Millətimiz bu ağrılı və tarixi sınaqdan uğurla çıxdı".

Aysun / Demedia.az