Dəfnə yarpağı boğaz ağrısını 1 gecəyə görün necə kəsir... - Video



 16:02 06.02.2024     461

Boğaz ağrılarının əksəriyyəti virus mənşəlidir.

Buna görə də, antibiotiklər çıxış yolu sayılmamalıdır. Düzdür, boğaz ağrısı hiss edən kimi, aptekə qaçır, müxtəlif dərmanlar alırıq. Lakin etiraf edək ki, bu dərmanlarla belə, boğaz ağrısı 2 həftəyədək çəkir. Bəzən boğaz ağrıları bakteriyalardan qaynaqlanır. Bunu da inkar etməməliyik. Amma bayaq da dediyim kimi, əksəriyyəti virus mənşəlidir. Bəs öskürəyin bakteriya və ya virus mənşəli olduğunu necə bilməliyik? -Bakteriya mənşəli öskürək ürəkbulanma yaradır. Həzm sistemində narahatlıqlar hiss etməyimizə səbəb olur. Öskürəklə paralel olaraq, ishal problemi də yaşanılır. -Virus mənşəli öskürək zamanı burun axması müşahidə edilir. Boğazda şişkinlik olur, tez-tez öskürməklə bərabər, asqırmaq da qaçınılmazdır.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az