Fevralın 6-da baş verən zəlzələnin yeni görüntüləri ortaya çıxdı



 22:36 06.02.2024     412

Fevralın 6-da mərkəzi Kahramanmaraşda baş verən zəlzələlərin yeni görüntüləri ortaya çıxıb.

Demedia.az xəbər verir ki, Elazığ Fəthi Sekin Şəhər Xəstəxanasında qeydə alınan görüntülərdə hər iki zəlzələ zamanı vətəndaşların izdihamdan qaçdığı və zəlzələ səbəbindən lövhələrin qırıldığı görünür. Zəlzələnin şiddətindən vətəndaşların olduqları yerə yıxıldığı kameralara əks olunarkən, 872 zəlzələ izolyatorunun yerləşdiyi xəstəxanada qeydə alınan görüntülər zəlzələnin şiddətini bir daha ortaya qoydu.

Daha ətraflı videoda: 

Aysun / Demedia.az