Uşaq qəzaya səbəb oldu, sonra gedib kömək etdi - VİDEO



 23:09 06.02.2024     715

Türkiyədə Antalyanın Manavqat rayonunda uşaq qəfildən yola çıxaraq qəzaya səbəb olub.

Demedia.az xəbər verir ki, yola uşağı vurmamaq üçün motosiklet sürücüsü nəqliyyat vasitəsini aşırıb. Bunun ardınca həmin uşaq qaçmayıb, əvəzində sürücünün köməyinə ilk gəlib.

Həmin anlar təhlükəsizlik kamerasına əks olunarkən uşağın xəsarət alan sürücünün yanından bir an belə ayrılmadığı müşahidə edilib.

Aysun / Demedia.az