BMT ABŞ-İran gərginliyi ilə bağlı açıqlama verib.



 21:15 06.02.2024     242

Birləşmiş Millətlər Təşkilatı ABŞ-İran gərginliyi ilə bağlı açıqlama verib.

Demedia.az xəbər verir ki, İraqdakı hadisələr BMT Təhlükəsizlik Şurasında müzakirə edilib. Burada üzv ölkələri məlumatlandıran BMT-nin İraq üzrə xüsusi nümayəndəsi Jeanine Hennis-Plasschaert bildirib ki,  Qəzzadakı vəziyyət və başqa yerlərdəki hərbi fəaliyyətlər səbəbindən həm Yaxın Şərqdə, həm də İraqda gərginlik artıb. Ardınca BMT məsələ barədə bəyanat verib.

“Güc nümayişi əvəzinə, bütün səylər İraqın daha geniş bir münaqişəyə cəlb edilməsinin qarşısını almağa yönəlməlidir” - bəyanatda deyilir.

Bahadur Seyidov