İsrail qüvvələri Əqsa universitetini bombalayıb



 22:12 06.02.2024     274

Qəzza şəhərinin qərb hissəsinə daxil olan İsrail qüvvələri Əqsa Universitetinə aid 2 binanı bombalayıb.

Demedia.az xəbər verir ki, kampusa sığınan vətəndaşlara atəş açdığı bildirilib.Qəsəbənin divarlarını hərbi tikinti texnikası ilə sökərək içəri girən İsrail qüvvələri qəsəbəyə sığınan vətəndaşlara atəş açıb, gözyaşardıcı qazla hücum edib.

Kampusda İsrail qüvvələrinin hücumuna məruz qalan vətəndaşlar arasında ölən və yaralananlarla bağlı məlumat verilməyib.

Bahadur Seyidov