Yəmənin Ədən limanı sahillərində ticarət gəmisi yaxınlığında partlayış baş verib



 22:24 06.02.2024     267

Yəmənin Ədən limanı sahillərində ticarət gəmisi yaxınlığında partlayış baş verib.

Demedia.az xəbər verir ki, Britaniya Gəmiçilik Təşkilatının məlumatına görə, Ədən limanı yaxınlığında ticarət gəmisi yaxınlığında partlayış baş verdiyi və hadisənin səlahiyyətli orqanlar tərəfindən araşdırıldığı barədə xəbərlər daxil olub. Partlayışla bağlı təfərrüat verilməsə də, gəmi və ekipajın təhlükəsiz ərazidə olduğu açıqlanıb.

Bundan əlavə, yaxınlıqdakı gəmilərə diqqətlə ərazidən keçmələri və hər hansı şübhəli fəaliyyət barədə quruma məlumat vermələri tövsiyə olunub.​

Bahadur Seyidov