HƏMAS atəşkəs təklifinə razılıq verdi
HƏMAS Misir və Qətərin əsir mübadiləsi və atəşkəs təklifinə cavabını çatdırdığını və razılıq verdiyini açıqlayıb.
Demedia.az xəbər verir ki, HƏMAS-dan verilən yazılı açıqlamada, “Həmas indicə Misir və Qətərli qardaşlarına çərçivə razılaşması ilə bağlı cavabını çatdırdı” deyə bildirilib. Bəyanatda HƏMAS-ın öz liderləri və digər Fələstin qrupları ilə məsləhətləşmələrdən sonra cavabını çatdırdığı vurğulanıb və aşağıdakılar qeyd edilib:
“Həmas təklifi alqışladı, çünki bu, tam və hərtərəfli atəşkəsə zəmanət verəcək, xalqımıza qarşı hücumları dayandıracaq, Qəzza zolağının blokadasını qaldıracaq, yenidənqurma işlərinə zəmanət verəcək və məhbus mübadiləsi prosesini başa çatdıracaq”.
Bahadur Seyidov