Xərçəng aşkarlanan kral ilk dəfə görüntüləndi



 12:18 07.02.2024     281

Kral Çarlz III xərçəng diaqnozu xəbərindən sonra ilk dəfə ictimaiyyət qarşısında çıxış edib.

Demedia.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat  yayıb.

Daha əvvəl “Daily Mail” də xəstəliyin ilkin mərhələdə aşkar edildiyini yazıb. Nəşrin məlumatına görə, kral diaqnozdan ötən həftənin əvvəlindən xəbərdar olub.

Bukingem Sarayı bazar ertəsi bildirib ki, prostat vəzinin böyüməsi ilə bağlı müalicə aldıqdan sonra xəstəxanadan buraxılan Çarlz III-ə xərçəng diaqnozu qoyulub. Açıqlamadan belə çıxır ki, söhbət prostat xərçəngindən getmir.

Kral müalicəyə başlayıb, həkimlər ona ictimai tədbirləri təxirə salmağı məsləhət görüblər. Bununla belə, o, dövlət vəzifələrini yerinə yetirməyə və rəsmi sənədlərlə işləməyə davam edəcək. Bəzi funksiyaları öz üzərinə götürəcək.

Böyük Britaniyanın baş naziri Rişi Sunak daha sonra III Çarlza erkən mərhələdə xərçəng diaqnozu qoyulduğunu açıqlayıb.

Bahadur Seyidov