Almaniya bu günədək Ukraynaya nə  qədər yardım ayırıb?



 10:43 07.02.2024     241

Ukraynada münaqişə başlayandan Almaniya Kiyevə 30 milyard avroluq hərbi yardım edib.

Demedia.az xəbər verir ki, Almaniya kansleri  OLaf Şoltsun ABŞ-yə səfərindən əvvəl Sputnik-ə hökumətdəki mənbə bildirib ki, Ukraynada münaqişə başlayandan bəri Almaniya Kiyevə hərbi yardım üçün təxminən 30 milyard avro xərcləyib.

 Müqayisə üçün qeyd edək ki, büdcəyə qənaət etmək üçün Almaniya hökuməti tətil edən fermerlər üçün dizel subsidiyalarını ləğv etməyi planlaşdırır ki, bu da Almaniya xəzinəsinə cəmi 440 milyon avro gəlir gətirəcək.

Bahadur Seyidov