Misir Qəzza zolağında atəşkəsi təmin etmək üçün tərəflərlə görüşlərini intensivləşdirəcək



 14:18 07.02.2024     242

Misir, HƏMAS-ın əsir mübadiləsi və atəşkəs təklifinə razılıq verdikdən sonra Qəzza zolağında atəşkəsi təmin etmək üçün tərəflərlə görüşlərini intensivləşdirəcək.

Demedia.az xəbər verir ki,  Misirin Mətbuat İnformasiya Agentliyinin prezidenti Ziya Rəşvan açıqlamasında, məhbus mübadiləsi və atəşkəs təklifi ilə bağlı HƏMAS-dan razılıq aldıqlarını bildirib.

Ölkəsinin İsrailin Qəzzaya hücumlarını dayandırmaq üçün göstərdiyi səylərə diqqət çəkən Rəşvan, “Misir təklif olunan çərçivə razılaşmasının bütün təfərrüatlarını müvafiq tərəflərlə intensiv görüşlər keçirərək, onun yekun variantı ilə bağlı ən qısa zamanda razılığa gəlməsini müzakirə edəcək” deyə bildirib.

Bahadur Seyidov