"Fələstin dövləti tanınmayınca İsraillə normallaşma mümkün olmayacaq"



 14:45 07.02.2024     268

1967-ci il sərhədləri olmaqla paytaxtı Şərqi Qüds olan Fələstin dövləti tanınmayınca və İsrail qüvvələri Qəzzadan çəkilməyincə, İsraillə normallaşma mümkün olmayacaq.

Demedia.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi belə açıqlama verib. Açıqlamada, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin Səudiyyə Ərəbistanı ilə ABŞ arasında İsraillə normallaşma məsələsi ilə bağlı davam edən danışıqlara dair açıqlamalarına cavab verilib.

Bildirilib ki, Səudiyyə Ərəbistanının Fələstin məsələsində mövqeyi və qardaş Fələstin xalqının öz qanuni hüquqlarına nail olması ehtiyacı qətidir və qərarlı olaraq qalır.

Bahadur Seyidov