İnvaziv müalicə nədir? - Video



 10:03 07.02.2024     464

İnvaziv tibbi termin. Xəstəliyin müalicəsi və diaqnostikası məqsədi ilə tətbiq olunan "ağrılı", "qanlı", daxilə girmək üçün orqanizmin təbii örtüyünü - baryerini keçməklə aparılan müdaxilələrə, daha doğrusu onların xarakterinə təbabətdə verilmiş ümumi ad.

İNVAZİV (Müdaxiləvi) Kardiologiya:
Ürək damar xəstəliklərinin diaqnostikasında istifadə edilən ən əhəmiyyətli üsul olan Koronar Angioqrafiya və damar xəstəliyi müşahidə edildikdə koronar angioqrafiya radial arteriyadan daxil olunaraq ürəyi gidalandıran damarların göstərilməsi əməliyyatıdır. Bu əməliyyat sayəsində ürəyi qidalandıran damarlarda darlıq və ya tıxanma olub olmadığı müəyyən olununur. Koronar angioqrafiya sonrasında dərman müalicəsi, balon-stent tətbiq olunması və ya koronar şuntlama (by-pass) əməliyyatına qərar verilə bilər. 

Uşaq-Kardioloqu Elnur İmanov mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az  Elnur İmanov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az