Çilidə meşə yanğınlarda ölənlərin sayı 131-ə yüksəlib



 15:14 07.02.2024     290

Çilinin Valparaiso və Vina del Mar şəhərlərində davam edən meşə yanğınlarda ölənlərin sayının artdığı qeyd edilib.

Demedia.az xəbər verir ki, meşə yanğınlarında həyatını itirənlərin sayının 131-ə yüksəldiyini bildirib. Məlumata görə, yanğının söndürülməsi üçün işlər hava və qurudan fasiləsiz olaraq davam edir.Vina del Mar şəhərinin meri Macarena Ripamonti 300 nəfərin itkin düşdüyünün təxmin edildiyini qeyd edib.

Minlərlə insan paytaxt Santyaqoda toplaşaraq yardım kampaniyasına qatılıb.

Bahadur Seyidov