Qarnında kəskin ağrılar, köp, qusma.../ Hansı xəstəlikdən xəbər verir? - Video



 10:09 07.02.2024     478

Əgər bağırsaq kecməməzliyin səbəbləri, altda yatan proses, mexaniki prosesdirsə, məsələn, boğulmuş yırtıqdırsa və ya onkoloji prosesdirsə, kütlə tutubsa oranı və ya bağırsağın bir burulması ola bilər və ya digər səbəblər ola bilər ki, bağırsaq keçməməzliyinə gətirib çıxarır, həqiqətən də, əməliyyatsız bunların sağalma ehtimalı çox azdır.

Yəni demək olar ki, açılmır bunlar. Xəstəni konservativ müalicə etdikdən sonra biz bunlara cərrahi müdaxilə edirik. Bağırsaq tıxanması ifrazatın bağırsaq kanalında irəliləməsinin tam və qalıcı olaraq əngəllənməsi ilə ortaya çixa bilər. Erkən diaqnostika olunmadığında ölümlə nəticələnə bilən bağırsaq keçməməzliyi mexaniki və qeyri mexaniki olur. Mexaniki bağırsaq keçməməzliyi bağırsaqdakı problemlərdən qaynaqlanır, qeyri mexaniki bağırsaq keçməməzliyinə isə xarici faktorlar təsir edir.

Uşaq cərrahı Toğrul Ömərov mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az Toğrul Ömərov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir. Videonu izləyərək daha ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az