İsrail HƏMAS-ın cavabının Qətər vasitəsilə Mossad-a çatdırıldığını açıqlayıb



 16:03 07.02.2024     332

İsrail Qəzza zolağında tərəflər arasında müzakirə edilən atəşkəsə HƏMAS-ın cavabının Qətər vasitəsilə Mossad-a çatdırıldığını açıqlayıb.

Demedia.az xəbər verir ki, açıqlamada deyilir ki, təklifin təfərrüatları danışıqlarda iştirak edən rəsmilər tərəfindən hərtərəfli müzakirə edilir. Qeyd edək ki, HƏMAS Misir və Qətərə atəşkəs və əsir mübdailəsi ilə bağlı cavab göndərdiyini açıqlayıb.

HƏMAS Fələstinli qruplarla məsləhətləşmələrdən sonra cavab verildiyini vurğulayaraq "Təklif tam və hərtərəfli atəşkəsə təminat verəcəyi, Fələstin xalqına qarşı hücumlara son qoyacağı, Qəzzaya qarşı blokadanın qaldırılmasını təmin edəcəyi üçün qəbul edildi" deyə bildirilib.

Bahadur Seyidov