4 yaşlı uşağın qulağı əməliyyatdan sonra çürüdü!



 21:34 07.02.2024     730

Türkiyədə inanılmaz hadisə yaşanıb.

Demedia.az xəbər verir ki, Dənizlidə yaşayan Öz ailəsi doğuşdan qulağı bağlı olan 4 yaşlı oğlunu əməliyyat olunmaq üçün Afyonkarahisar Sağlamlıq Elmləri Universiteti Xəstəxanasına gətirib.

Burada o, xəstəxananın Plastik Cərrahiyyə şöbəsinin əməkdaşı Salih Kavuncu tərəfindən əməliyyat olunub. Bədəninin 5 müxtəlif yerindən alınan hissələrlə balaca oğlan 7 dəfə əməliyyat olunub. Lakin əməliyyatdan sonra uşağın qulağı çürüyüb. Daha sonra ailəsi CİMER-ə və prokurorluğa müraciət edərək həm həkimə, həm də xəstəxanaya şikayət edib. Ailə həkimin onlardan qığırdaq alınacağını deyərək onlardan 59 min TL aldığını və bu pulu bankdan Yusif adlı şəxsə göndərdiklərini də bildiriblər. Ailə bununla bağlı şikayət edəcəklərini də bildiriblər.

Aysun / Demedia.az