Piyada keçidində qəza - VİDEO



 23:48 07.02.2024     608

Antalyada piyada keçidində sağ zolaqda olan avtomobillər tərəfindən yol verilmiş iki piyada sol zolaqdan gələn avtomobil tərəfindən vurulub.

Demedia.az xəbər verir ki, zərbənin gücündən yola çıxan piyadalardan biri hadisə yerində ölüb, qohumu xəsarət alıb, digər piyada isə qəzadan çətinliklə xilas olub.

Qəza saat 13.30 radələrində Kəpəz rayonu Yeşilırmak küçəsində baş verib. Yaralı Cəmil Çakmak (58) ilkin tibbi yardımdan sonra təcili yardımla Aralıq dənizi Universiteti Xəstəxanasına aparılıb. Polis sürücü V.Ö.-nü bölmə maşınına mindirərək polis bölməsinə aparıb.Həyatını itirən Osman Çakmakın cəsədi hadisə yeri araşdırma qruplarının çalışmasının ardından yarılmaq üçün Antalya Ədliyyə Tibb Təşkilatı meyitxanasına aparılıb.

Aysun / Demedia.az