İsrail Suriyanın Homs vilayətinə raket atdı



 09:07 08.02.2024     267

Bəşər Əsəd rejimi İsrailin Suriyanın mərkəzində yerləşən Homs vilayətinə hücum etdiyini iddia edib.

Demedia.az xəbər verir ki, Suriyanın xəbər agentliyi SANA-nın hərbi mənbəyə əsaslanaraq dərc etdiyi xəbərdə İsrail qüvvələrinin hava hücumu ilə Hums şəhərinin mərkəzinin və ətrafında bəzi məntəqələrinin hədəf alındığı iddia edilib. Xəbərdə, "Havadan müdafiə sistemlərimiz Livandan gələn düşmən raketlərini bəzilərini vurub. Hücum zamanı bir neçə mülki vətəndaş həyatını itirib. Maddi dağıntılarla yanaşı yaralananlar da olub" deyə bildirib.

Hücumla bağlı İsrail tərəfindən heç bir açıqlama verilməyib.

Bahadur Seyidov