"CNN” telekanalı “The Guardian” qəzetinin iddialarını gülünc adlandırdı



 09:58 08.02.2024     262

ABŞ-ın “CNN” telekanalı Böyük Britaniyanın “The Guardian” qəzetinin televiziya barədə iddialarına etiraz edib.

Demedia.az xəbər verir ki, “The Guardian” qəzeti telekanalın və onun əməkdaşlarının İsrail təbliğatı apardığını və Fələstin tərəfinə qarşı xəbərlər dərc etdiyini irəli sürmüşdü.“The Guardian” qəzeti  “CNN əməkdaşları təşkilatın İsrailyönlü mövqeyinin jurnalist sui-istifadəsinə səbəb olduğunu deyir” başlıqlı məqalə dərc edib. “CNN” “The Guardian”ın iddialarının gülünc olduğun irəli sürüb.

“The Guardian” xəbərlərində "CNN HƏMAS liderləri ilə müsahibədən yayınır" ifadələrinə cavab verən “CNN” qeyd edib ki, telekanalın  əvvəldən bu müsahibələr üçün aktiv cəhdləri olub.

Bahadur Seyidov