İsveç “Şimal axını" ilə bağlı təhqiqatı dayandırdığını açıqlayıb



 10:39 08.02.2024     247

İsveç Rusiyanın Baltik dənizindəki “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərində qaz sızması ilə bağlı təhqiqatı dayandırdığını açıqlayıb.

Demedia.az xəbər verir ki, İsveç prokuroru Mats Ljungqvist İsveç yatağındakı qaz sızması ilə bağlı əlavə araşdırma aparmaq səlahiyyətlərinin olmadığını və istintaqı dayandırdıqlarını bildirib. Almaniyada istintaqın davam etdiyini bildirən Ljungqvist əllərində olan dəlilləri Almaniya ilə paylaşacaqlarını bildirib.

Qeyd edək ki, Mats Ljungqvist 51 faizinin Rusiyanın qaz nəhəngi “Qazprom”a aid olan boru kəmərlərinin partladılmasında Rusiyanın məsuliyyət daşıdığına inanmadığını bildirmişdi.

Bahadur Seyidov