Rusiya Ukraynanı bombaladı



 10:58 08.02.2024     261

Rusiya ordusu Ukraynanın hərbi sənaye müəssisələrinə uzaqmənzilli, yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları ilə hücumlar təşkil edib.

Demedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Açıqlamada Ukrayna-Rusiya müharibəsində Rusiya ordusunun fəaliyyəti ilə bağlı məlumatlar paylaşılıb. “Rusiya Silahlı Qüvvələri Ukraynanın katerlər, sahilyanı raket sistemləri, raketlər və çoxlüləli reaktiv yaylım atəşi sistemləri üçün partlayıcı maddələr istehsal edən müəssisələrinə uzaqmənzilli yüksək dəqiqlikli silahlar və PUA-larla havadan və dənizdən qrup şəklində hücum həyata keçirib. Müəyyən edilmiş bütün hədəflər məhv edilib” - açıqlamada deyilir.

Bahadur Seyidov