5 dəqiqəyə qəbizliyə son - Bağırsaqda heç nə qalmır - Video



 10:08 08.02.2024     477

Qəbizliklə mübarizə məqsədilə bolluca lif qəbul etməliyik. Sağlam və uzun yaşamaq üçün liflə zəngin qidalar rasionumuzda olmalıdır.

Qidalanma vərdişlərinizdə problem varsa, qəbizliyin olması təbiidir. Burada yetəri qədər qida ala bilməməkdən deyil, balanslı və ya pərakəndə qidalanmadan söhbət gedir. Balanslı qidalanmada karbohidratlarla meyvə-tərəvəz növbələşir. Əgər rasionunuzun böyük hissəsi karbohidratlardırsa, meyvə-tərəvəz haqqında düşünməkdə gecikməyin. Yenə də, qəbizlik sizi narahat edirsə, lifi qida əlavəsi kimi qəbul etməkdən çəkinməyin. İnsanların bağırsaqlarındakı mikroflora müxtəlifliyi qidalanma vərdişlərindən, doğulduğu, böyüdüyü mühitdən, hətta yaşadığı coğrafiyadan da asılıdır. Bu bakteriyalar “yaxşı” və “pis” olmaqla iki yerə bölünürlər. Yaxşılar və pislər arasındakı balans pozularsa, pis bakteriyalar artarsa problemlər başlayır. Məsələn; narahat bağırsaq sindromu ( İrritable bowel syndrome-İBS). Bu zaman yeməkdən həmən sonra köp, qaz yaranır. Bəli, bu durum bağırsaqda bakteriya balansının pozulmasının göstəricisidir.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az