Ürəyi öldürən 8 qida - Ürək xəstələri qətiyyən yeməsin! - Video



 11:14 08.02.2024     470

Həkim müayinələrindən keçdikdən sonra ürəyinizdə problem olduğu aşkarlandı? Demək, artıq bilirsiniz ki, bəzi qidaları həyatınızdan çıxarmalsınız.

Qablaşdırmanın üzərinə “tərkibində trans yağlar yoxdur” yazılsa da, bütün marqarinlərdə trans yağlar var. Marqarinlərin emalında əsas xammal günəbaxan, palma yağı kimi bitki mənşəli yağlardır. Emal prosesində bu yağlar hidrogenlə doyurulur. Beləcə, otaq havasında qatı şəkildə olurlar. Marqarinlər bədən temperaturunda müəyyən reaksiyalar vasitəsiylə ərisələr də, orqanizm tərəfindən yandırılmır. Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı normaya əsasən, gün ərzində kişilər 40 qram, qadınlar 35 qram şəkər qəbul edə bilərlər. Bu rəqəmlər yediyimiz meyvələri də özündə ehtiva edir. Əgər meyvə yeyiriksə, gün ərzində 10-15 qram şəkər qəbul etsək, yetərlidir. Çörək də orqanizm üçün şəkər qaynağıdır. Çörək, meyvə, mürəbbə yeyiriksə, şəkəri rasiondan asanlıqla çıxara bilərik. Bunlar orqanizmin şəkər ehtiyacını artıqlaması ilə ödəyir.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az