İsrailə bu şəhərdə döyüşmək əmri verilib



 12:24 08.02.2024     242

İsrail ordusuna Misirlə Qəzza zolağının sərhəddində yerləşən Rəfah şəhərində döyüşə hazırlaşmaq əmri verilib.

Demedia.az xəbər verir ki, bu barədə Yəhudi Dövlətinin Baş naziri Benyamin Netanyahu keçirdiyi mətbuat konfransında bildirib.

 Baş nazir qeyd edib ki, İsrail HƏMAS-ın iştirak etdiyi razılaşmaya görə heç bir öhdəlik götürməyib və hər hansı razılaşma çox uzaqdadır.

 Netanyahu əlavə edib ki, İsrail ordusu Qəzzada 20 minə yaxın yaraqlını öldürüb və ya yaralayıb ki, bu da HƏMAS silahlı qüvvələrinin sayının yarısından çoxdur.

Bahadur Seyidov