ABŞ-də helikopter radardan itdi -İçində hərbçilər var



 13:03 08.02.2024     239

ABŞ-nin Kaliforniya əyalətində göyərtəsində 5 dəniz piyadasının olduğu havaya qalxan hərbi helikopterdən xəbər olmadığı bildirilib.

Demedia.az xəbər verir ki,  5 əsgərin olduğu itən helikopterin tapılması üçün axtarış-xilasetmə əməliyyatı başlayıb.

 ABŞ Hərbi Dəniz Qüvvələrindən verilən yazılı açıqlamada, Kaliforniya axtarış-xilasetmə qruplarının göyərtəsində 5 dənizçinin olduğu itən helikopteri axtardığı bildirilib.

Bahadur Seyidov