İraqda dəhşətli partlayış - 3 nəfər öldü



 14:00 08.02.2024     247

İraqın paytaxtı Bağdadın şərqində partlayış səslərinin eşidildiyi bildirilib.

Demedia.az xəbər verir ki, yerli mətbuatın məlumatına görə, hücumdan sonra 3 nəfər ölüb. İraq hökumətindən hələlik heç bir açıqlama verilməyib. Məlumata görə, hava zərbəsi zamanı ölənlər Haşdi-Şabi silahlı qruplaşmasının komandanlarıdır. 

Qeyd edək ki, Haşdi-Şabi İran tərəfindən dəstəklənən qruplaşmadır.

Bahadur Seyidov