Fələstinli tərəfdarları Baydenin yolunu bağladılar
Nyu Yorkda ABŞ prezidenti Co Baydenin çıxış edəcəyi binanın qarşısında küçəni bağlayan onlarla Fələstin tərəfdarı mülki nümayişçi saxlanılıb.
Demedia.az xəbər verir ki, etirazçılar Baydendən Qəzzadakı insan faciəsinə dərhal son qoymağı və ABŞ-ın İsrailə dəstəyini dayandırmağı tələb ediblər.
Digər tərəfdən, Manhettenin başqa bir bölgəsindəki Kolumb Meydanına toplaşan yüzlərlə fələstinli tərəfdar Baydenin Nyu Yorka gəlişinə etiraz edərək Qəzzada dərhal atəşkəs elan edilməsini istəyib.
Bahadur Seyidov