Saturnun peykində okean var? - Yaşamaq mümkün olacaq



 15:59 08.02.2024     262

Tədqiqatçılar Saturnun peyki Mimasın buzla örtülmüş xarici səthinin altında böyük bir okean ola biləcəyini aşkar ediblər.

Demedia.az xəbər verir ki, Fransa, Çin və Böyük Britaniyadan olan tədqiqatçılar 2017-ci ildə Saturnun atmosferində yanmadan əvvəl planeti və onun peyklərini 10 ildən çox tədqiq edən ABŞ Aeronavtika və Kosmik Agentliyin (NASA) "Cassini-Huygens" kosmik gəmisinin müşahidələrini müzakirə ediblər.

Saturnun peyki Mimasın orbitində və fırlanmasındakı dəyişiklikləri də təhlil edən tədqiqatçılar Mimasın donmuş səthindən 20-30 kilometr aşağıda böyük və gənc okean ola biləcəyini qeyd ediblər.

Tədqiqatın müəlliflərindən Valeri Lainey, ən əhəmiyyətli tapıntının Mimasda heç vaxt maye suyun olacağını gözləmədikləri bir okeanın olması ehtimalı olduğunu ifadə edib.

"Mimas yaşayış üçün potensial yer kimi görünür. Bununla belə, həyatın ortaya çıxması üçün nə qədər vaxt lazım olduğunu bilmirik".

 Araşdırmanın təfərrüatları "Nature" jurnalında dərc olunub.

Bahadur Seyidov