Əqli qüsurlu şagirdə qarşı zorakılıq - VİDEO



 23:09 08.02.2024     840

Türkiyədə şok hadisə yaşanıb.

Demedia.az xəbər verir ki, Büyükçekmecedə fəaliyyət göstərən autizm idman məktəbinə gedən əqli qüsurlu şagirdin müəllimi tərəfindən çubuqla döyüldüyü iddia edilib.

Ana şikayət edərkən, müəllimin barəsində istintaq başladıldıqdan sonra həbs edildiyi bildirilib.

Yüzdə 70 əqli qüsurlu olan və Büyükçekmecedə fəaliyyət göstərən autizm idman məktəbinə gedən Kadir A.-nın müəllim Veysel B. tərəfindən döyüldüyü iddia edilib. Hadisə fevralın 6-da axşam saatlarında idman mərkəzindən qayıdan Kadir A.-nın anasına “Ana, müəllim məni çubuqla döydü, boğazımı sıxdı, ayağıma dəydi” deməsi ilə üzə çıxıb. Bunun üzərinə qadın oğlunun köynəyini çıxarıb və bədəninin müxtəlif yerlərində qançırlar aşkar edib. Uşağı ilə xəstəxanaya gedən ana müalicədən sonra Kumburqaz Polis İdarəsinə gedib.

Araşdırmalardan sonra müəllim Veysəl B.-nin həbs olunduğu öyrənilib.

Aysun / Demedia.az