Təcili yardım maşını ilə avtomobil toqquşdu - VİDEO



 23:48 08.02.2024     739

Sivasda təcili yardım maşını ilə avtomobil toqquşub.

Demedia.az xəbər verir ki, hadisə nəticəsində 2-si səhiyyə işçisi olmaqla, 3 nəfər yaralanıb.

Qəza dünən axşam saatlarında Sivas Respublika Universiteti 4 Eylül Kültür qovşağında Universitet yolu üzərində meydana gəlib.

Vəziyyətin bildirilməsi üzərinə hadisə yerinə sağlamlıq, xilasetmə və polis qrupları sövq edilib. Nəqliyyatda sıxılmış vəziyyətdə qalan avtomobilin sürücüsü yanğınsöndürənlərin müdaxiləsindən sonra sıxışdığı yerdən çıxarılıb. Qəza anı yaxınlıqdakı təhlükəsizlik kamerasına düşüb. Qəza ilə bağlı araşdırmalar davam edir.

Aysun / Demedia.az