Hizbullah İsrail ordusunun mövqeyinə hücum etdi



 09:12 09.02.2024     272

Hizbullah hərəkatının Livanın cənubundan İsraillə sərhəddəki Kiryat Şmona qəsəbəsinə təşkil etdiyi hücumda 1-i ağır 3 əsgərin yaralandığı bildirilib.

Demedia.az xəbər verir ki, İsrail ordusu Hizbullahın həyata keçirdiyi hücumlar və verilən cavabla bağlı açıqlama verib. Açıqlamada Livan ərazisindən Kiryat Şmona, Biranit və Hermon dağı bölgələrinə qarşı bəzi hücumların həyata keçirildiyi bildirilib. Hücuma cavab olaraq, Hizbullahın mövqeləri bombalanıb.

Hizbullah da teleqram hesabındakı açıqlamada, Qaliley Diviziyasının və Kiryat Şmonadakı Biranit hərbi mövqeyinin idarə olunan hədəfı alındığı bildirilib.

Bahadur Seyidov