Avropa İttifaqı üzv dövlətlərə Rusiya ilə bağlı tələb irəli sürdü



 09:45 09.02.2024     284

Avropa İttifaqı üzv dövlətlərdən sanksiyalar çərçivəsində Rusiyaya girişi qadağan olunmuş məhsulların daşınmasının qarşısını almağı tələb edib.

Demedia.az xəbər verir ki, “Politico” saytının məlumatına görə, Avropa İttifaqı Komissiyası üzv ölkələrə məktub göndərərək sanksiyalardakı hüquqi boşluqların aradan qaldırılmasını tələb edib. Avropa İttifaqı Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis və maliyyə xidmətlərindən məsul üzvü Mairead McGuinness tərəfindən imzalanan məktubda ölkələrdən Rusiyaya qeyri-qanuni mal axınına müdaxilə etmələri tələb edilib.

Məktubda, qadağan olunmuş məhsulların daşınmasının qarşısını almaq üçün bütün Avropa İttifaqına üzv dövlətlərin birgə və qətiyyətli tədbirlər görməsinin vacibliyinə diqqət çəkilib.

Bahadur Seyidov